Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.

Leqal.info-nun Muğan bürosunun məlumatına görə, o, öz ərizəsi ilə işdən azad edilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, o, bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.