Təmizlik dünyada ən böyük gözəllikdir. Heyflər olsun ki, təmizliyin Yasamal rayonunun sözügedən ərazisindən xəbəri yoxdur.

Leqal.info mövzu ilə əlaqədar ətraflı araşdırma aparıb.

Paytaxtın Yasamal rayon qəsəbəsində zibillik qəbristanlığı bəli bəli yanlış eşitmədiniz. Əməlli-başlı əhali zibili mərkəzi küçələrdən birində Asan Xidmətdən aşağı güzəştli sosial evlərə tərəf yeni çəkilən asfalt örtüyünün ikitərəfli yolun ayrıcının üzərində tərk edərək gündəlik prosedur halına gətiriblər. Halbuki oradan 20-30 metr aşağıda yeni qoyulmuş zibil yeşikləri boş qalır. Lakin bura dolur. Bunun iyinə də həm yoldan keçənlər həm ətrafdakılar narahat olurlar.

P.S. Yasamal rayonunun icra hakimiyyətinə məsələ ilə bağlı müraciət edib məsələni qısa zamanda öz həllini tapmasına çalışacağıq.

P.P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Elvin Mahmudlu
Leqal.info