Redaksiyamıza daxil olan şikayətlə bağlı paytaxt qəsəbəsinə yollandıq. Gördük bu dağın başını da duman alıb yiyəsinin də təpəsinə tüstü vurub havalanib.

Leqal.info məlum məsələ ilə bağlı apardığı araşdırmanı izləyicilərə təqdim edir.

Səbəbini soruşanda isə dedi ki, ay oğul nə sən soruş nə mən söyləyim. Əl qərəz bu kişinin dərdinin qısası buna bir ata mülkü 12 sot torpaq qalıb. Lakin nə tikinti apara bilir nə dəki sata bilir. Kim neyləsin axı yamacda hərtərəfi blokadaya alınmış torpağı. Tutaq ki, aldı oraya nə ilə gedib gələcək ya Fərhad olub qayaları çapacaq Fərhad olsa belə bu zülmə dözməyib ölərdi. Qonşuların da, birmənalı paxıllıq və kin küdurəti kişinin işini tamam əngələ salıbdır. Qonşularla bir mədəni dialoq qurmağa çalışım deyərkən az qala mən özüm qayadan yuvarlanacaqdım. Başımı gücnən tutub qaçdım. Sonda da, bunu vurğuladım ki, ay İsgəndər kişi başlı başını saxlasın zəmanəsidir. Allah köməyin olsun başqa əlimdən nə gəlir. Həqiqətən də İsgəndər dayının işi Allah'a qalıb.

Sitatın sonu...

Elvin Mahmudlu
Leqal.info