Sözü verək bir digər müsahibimizə. Bunun dərdi də hamının ağrılı bəlalı yeri olan başsızlıq və açdığı fəsadlar haqqındadır.

Leqal.info mövzu ilə əlaqədar hazırladığı məqaləni izləyicilərinə təqdim edir

Belə ki, o deyir ki adi gündən seçilsin deyibən üz tutdum Nizami tərəfə. Gəzdim gəzərkən gördüklərimlə bərabər içimdə bir səs yüksəldi "kaş ki gəlməz olaydım. İmkanlar içərisində imkansızlıq-mənzərə tam da bu. Deyir yuxarı bir yer gördüm marağımı çəkdi girdim içəri bacım görəm nə nə yoxdu ki, iynə, bayan, qaşıq üfunət ortalıqda cövlan eyləyir. Buranı sən demə evsiz narkotiklər yuvaya çeviriblər. Bir şeydə ki, Allah ruzası yoxdursa o işdə nə xeyir ola bilər axı... Aşağılamaq kimi çıxmasın xəstəlik mənbəyi bu tiplərin ortalıqda əlini-qolunu sallayaraq hərəkət etməsi nə dərəcədə doğrudur? Uşaq dediyimiz məsum, gələcəyin təməli acı nə götürsün örnək kimi beləsindən.

P.S. Ümidvarıq ki. belə xoşagəlməz hallara qarşı aidiyyatı qurumlar tərəfindən tədbir keçirilib ölçü götürülsə problem həllini tapacaq. Yoxsa vay bu millətin halına.Elnurə Fərhadqızı
Leqal.info