Alimlər insanlara ağ deyil, qırmızı soğandan daha çox istifadə etməyi məsləhət bilir.

Milli.az xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, Çin alimlərinin siçanlar üzərində apardığı eksperiment 1 həftə qırmızı soğan yeyən gəmiricilərin orqanizmində ürək tutmasına, insulta səbəb olan mənfi xolesterinin miqdarının 20% azaldığını göstərib.

Bu zaman orqanizm üçün vacib olan yaxşı xolesterinlərin miqdarında azalma müşahidə olunmayıb.