Martın 6-dan dini ibadət yerlərində say məhdudiyyəti ləğv edilir.

"Leqal.info"nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti aradan qaldırılır.

Qərar martın 6-dan qüvvəyə minir.