“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan hökumətin növbədənkənar iclasında məlumat verib.
Onun sözlərinə görə, rejim martın 16-sı saat 17:00-dan aprelin 16-sı saat 09:00-dək davam edəcək.
Xatırladaq ki, hazırda Ermənistanda virusa yoluxanların sayı 30 nəfərdir, 300 nəfər isə koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb.
Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb.