Ukraynada 530 tibb işçisi koronavirusa yoluxub.

“Leqal.info” “Aksam”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov məlumat verib.

Onun sözlərinə görə, tibb işçilərinə maaşlarından əlavə ödəniş ediləcək.

Qeyd edək ki, son sutkada Ukraynada daha 325 nəfər koronavirusa yoluxub və bununla da ölkədə infeksiya daşıyıcılarının sayı 3 102-yə çatıb. Bu günədək 93 nəfər isə pandemiyanın qurbanı olub.