Leqal.info “news.am” portalına istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan tutduğu vəzifədən azad edilib.
Məlumatı Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Artur Gorgian təsdiqləyib.
O, işdən çıxarılma səbəbləri barədə məlumat verməyib.
Xatırladaq ki, ötən gün də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduğu vəzifədən azad edilmişdi.