Türkiyədə son sutka ərzində koronavirusdan 81 nəfər dünyasını dəyişib, 2 311 nəfər isə virusa yoluxub.

Leqal.info xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 10 639-a, yoluxanların sayı isə 386 820-ə çatıb. Ağır xəstələrin sayı 2 564 nəfər təşkil edir.

Ümumilikdə 14 milyondan çox (14.700,951) insan test olunub.