Rusiya Prezidenti Vladimir Putinin 11 noyabrda Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya və xarici mətbuatla keçirdiyi onlayn mətbuat konfransında açıqlama verib.

Lavrov qeyd edib ki, Ermənistanla Rusiya arasında Qarabağla bağlı üçtərəfli bəyanatda yer alan müddəaların həyata keçirilməsinə dair təmaslar davam edir.

“Xarici həmkarlarımızla ünsiyyət qururuq. Dünən Prezident Putin Baş nazir Paşinyanla danışdı. Mən bu gün səhər Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla danışdım”,- deyə Lavrov qeyd edib.