Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın əleyhinə etiraz aksiyası keçirilib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, Yerevanın mərkəzi prospektini bağlamağa cəhd edən etirazçılar polis tərəfindən saxlanılıb.

Aksiya zamanı “Nikol xaindir. Nikol istefa et” şüarları səsləndirilib.