İsrail türk həkimlər Uğur Şahin ilə xanımı Özlem Türecinin ixtira etdiyi peyvəndə sahib olub.

Leqal.info xəbər verir ki, vaksinlərin ilkin mərhələsi bu gün Təl-Əvivə çatdırılıb.

Ben Qurion Hava Limanına gətirilən dərmanlar tətbiqə hazır edilməsi üçün depolara yollanıb. Vətəndaşlara peyvəndin vurulması dekabrın 20-dən etibarən başlayacaq.

Baş nazir Benyamin Netanyahu isə koronavirus xəstələrinin tezliklə sağalacağını deyib: “Bu vaksinə inanıram və yaxın günlərdə nəticəsini görəcəyik”.

Baş icraçı Yossi Ofek açıqlamasında ölkəyə ilin sonunadək 4 milyon doz vaksinin gətiriləcəyini söyləyib.

Qeyd edək ki, 9 milyon əhalisi olan İsraildə 348 min 968 insan koronavirusa yoluxub və 2932 ölüm halı qeydə alınıb.