Qarabağda sarsıdıcı məğlubiyyətdən sonra Ermənistanda hərbi-siyasi rəhbərliyə qarşı başlamış etirazlar günü-gündən şiddətlənir.

Leqal.info xəbər verir ki, Ermənistanın Şirak əyalətinin sakinləri Ermənistan-Gürcüstan sərhədinə gedən Gümrü-Bavra yolunu bağlayıblar.

Onlar Ermənistan rəhbərliyini əsgərlərə qarşı laqeyd yanaşmada ittiham edir, hökumətin təcili istefasını tələb edirlər.

Bununla yanaşı etirazçıların İrəvan istiqamətindəki əsas yolu bağlamağa hazırlaşdığı bildirilib.