Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün koronavirusa qarşı peyvənd olunacaq.

Leqal.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilir ki, Ərdoğan AKP-nin Mərkəzi Qərar və İdarə Heyəti ilə görüşündən sonra qurum üzvləri ilə birgə vaksin vurduracaq.

Xatırladaq ki, dünən Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca da COVİD əleyhinə peyvənd olunub.