Leqal.info xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Faktla bağlı cinayət işinin başlanıldığı bildirilib. Cinayət işinin materiallarına görə, komandir İ.Vaqanyan döyüş əməliyyatları zamanı öz vəzifələrini yerinə yetirməyib, rəhbərliyin əmrlərinə tabe olmaqdan imtina edib, döyüş meydanını icazəsiz tərk edib və nəticədə taborun şəxsi heyəti itki verib.
Əldə edilən dəlillərə əsasən, Vaqanyan ittiham edilərək həbs olunub. İlkin istintaq davam edir.