Rusiyanın Kaluqa şəhərindəki Şaykovka hərbi hava limanında uçuşa hazırlaşan TU-22M3 uzaqmənzilli bombardman təyyarəsi qəzaya uğrayıb.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza təyyarənin katapult sisteminin öz-özünə işə düşməsi nəticəsində baş verib.

Qəza nəticəsində üç hərbçi həyatını itirib.