Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, COVID-19 artıq 3,3 milyon insanın həyatına son qoyub:
“Pandemiyanın ikinci ilinə qədəm qoyduq, hansı ki, birinci illə müqayisədə daha çox ölüm gətirə bilər. İndi həyat və ev təsərrüfatlarının xilas edilməsi üçün yeganə çıxış yolu - ictimai səhiyyə sahəsində vaksinasiya və tədbirlərin ayrı-ayrılıqda istifadə edilməsi deyil, birləşdirilməsidir”.