Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Onun sözlərinə görə, iyun ayı ərzində komendant saatı həftə içi yerli vaxtla, saat 22:00-dan 05:00-a qədər qüvvədə olacaq. Bazar günləri isə 24 saatlıq komendant saatı tətbiq ediləcək. Odur ki, şənbə günü axşam saat 22.00-dan başlayan komendant saatı bazar ertəsi günü saat 05.00-dək qüvvədə olacaq.
Kafelər, restoranlar, əyləncə mərkəzləri, idman zalları bazar günləri istisna olmaqla 07:00-dan 21:00-dək açıq olacaq. Bazar günü restoranların yalnız çatdırılma xidməti işləyəcək.
Pandemiya qaydaları nəzərə alınaraq 1 iyun tarixindən etibarən qapalı və açıq məkanlarda toyların keçirilməsinə icazə verilir.