Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər ölüb.

Leqal.info xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.

O qeyd edib ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaj üzvündən sağ qalanı yoxdur.

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib.

14:04
Rusiyanın Kamçatka bölgəsində radarlardan itən “An-26” markalı sərnişin təyyarəsinin qalıqları tapılıb.

Leqal.info xəbər verir ki, bunu TASS-a “Kamçatsk avia müəssisəsi” şirkətinin baş direktoru Aleksey Xrabrov bildirib.

“Bəli təyyarənin qırıqları tapılıb. Ancaq hansı şəraitdə tapıldığını deyə bilmərəm. İnformasiya ancaq sabah ola bilər. Hadisə yerinə sabah təyyarə uçacaq, helikopter işləyəcək”, - o deyib.

11.40
Xialsedicilər “An-26” sərnişin təyyarəsinin düşdüyü yeri müəyyənləşdirblər.

“Report” xəbər verir ki, bunu FHN-nin əməkdaşı “RİA Novosti”yə bildirib.

Rəsmi qurumlar laynerin göyərtəsində olan 22 sərnişinin siyahısını açıqlayıb. Onlar arasında 2 uşaq və Palana qəsəbəsinin başçısı Olqa Moxirevan, qəsəbə səfərbərlik idarəsinin rəisi Aleksandr Andreykin və onun həyat yoldaşı, Palana maliyyə idarəsinin rəisi Olqa Andreykin də var.

“Kamçatka hava yolları” şirkəti qəzanı təsdiqləməyib.

Yerli hakimiyyət nümayəndələri bildirib ki, təyyarə istismar üçün yaralı olub. Ekipaj uçuşdan əvvəl yoxlamadan keçib. Bildirilib ki, “An-26” 1982-ci ildə istehsal olunub. “Kamçatka hava yolları” şirkəti yollarına məxsusdur. Müəssisədə Kamçatka diyarında uçuşları həyata keçirən 5 “An-26” fəaliyyət göstərir. Təyyarə 30 sərnişin tutumludur.

İtkin düşmüşü sayılan “An-26B-100” təyyarəsinin yaralılıq müddəti 2021-ci il avqustun 30-da başa çatır. Təyyarənin ilk istismarçısı “Aeroflot” olub.

Sonra “Air Mali”, “Perm Motos” və başqa şirkətlər istsmar edib. Layner 2013-cü ildən isə “Kamçatka Hava yollarında” istimar edilirmiş.

09:50
Rusiyanın Kamçatka regionunda radarlardan itən sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur.

“Report” xəbər verir ki, bunu TASS-a FHN-nin əməkdaşı bildirib.

Məlumata görə, təyyarə Petropavlovsk-Kamçatka-Palana marşrutu üzrə uçurmuş.

Laynerin axtarışına bir təyyarə və iki helikopter cəlb edilib.

Rusiya İstintaq İdarəsinin Uzaq Şərq Nəqliyyatda İstintaq İdarəsindən bildirilib ki, hüquq mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb.

TASS-ın məlumatına görə, “An-26”nın göyərtəsində 22 deyil, 23 sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlərdən biri uşaqdır.

09:12
Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib.

Təyyarə “Kamtask hava yollar”ı şirkətinə məxsusdur.

İlkin məlumata görə, “An-26”nın göyərtəsində biri uşaq olmaqla 22 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. Lakin ekipaş üzvləri təyin olunan vaxta əlaqəyə girməyib.

Xilasedicilər “Mi-8” helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər.

“Kamtask hava yollar”ı şirkəti təyyarənin qəzaya uğradığını hələ ki təsdiqləməyib.