Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında əməliyyat keçirib.

Leqal.info "CNN Türk"ə istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının 6 üzvü məhv edilib.

Terrorçulardan dördü Gara bölgəsində, ikisi isə Kandildə zərərsizləşdirilib.

Öldürülən terrorçulardan birinin PKK-nın xarici əlaqələr üzrə "nümayəndə"si Nihat Gören olduğu müəyyənləşib.