Ukrayna Silahlı Qüvvələri Kiyevə yeridilib.

Leqal.info UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Vadim Denisenko feysbuk səhifəsində yazıb.

“Şəhəri müdafiə etmək üçün hazırda Kiyevə Ukraynanın hərbi texnikası daxil olur”, - o bildirib.

V.Denisneko Ukrayna ordusunun hərbi texnikasının hərəkətini çəkməməyi və yaymamağı xahiş edib.

Kiyevin meri Vitali Kliçko brifinqdə bildirib ki, ölkə paytaxtında vəziyyət ağır və gərgindir: “Ukrayna ordusu Kiyevə ətrafında müdafiə qurur. Təəssüf ki, düşmənin diversiya qrupu artıq Kiyevə soxula bilib”.