Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib: “Beynəlxalq humanitar hüququ pozan işğalçılar Ukraynanın Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər. Bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub”.
Nazirliyin informasiyasına görə, fevralın 28-də Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Rusiyanın hərbi texnika və canlı qüvvəsindən ibarət 5 karvan məhv edilib.
“Düşəmən demoraliza olunub və böyük itkilər verir. Onlar arasında fərarilik və tabesizlik halları artıb. İşğalçılar bizdən qorxur. Ukraynanın müdafiəsi gücləndirilib”, - Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik eyni zamanda fevralın 24-dən 28-dək Rusiyanın verdiyi itkiləri də açıqlayıb. Qeyd olunub ki, hesabat dövründə Rusiya 29 hərbi təyyarə, 29 helikopter, 191 tank, 816 zirehli texnika, 74 döyüş topu, 1 “BUK” zenikt-raket kompleksi, 291 avtomobil, 2 gəmi/qayıq, 5 300 canlı qüvvə itirib.