Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqramda bildirib.
O həmçinin Rusiyanın öz qüvvələrini Luqansk istiqamətində cəmlədiyini, xüsusilə Popasna, Kreminna, Torske rayonlarında şiddətli döyüşlərin getdiyini vurğulayıb.
Qeyd edək ki, Valeri Zalujnı bu barədə amerikalı həmkarı general Mark Millini məlumatlandırıb.