Polşa Prezidenti Anjey Duda Ukraynaya səfər edib.

“Leqal.info” xəbər verir ki, bu barədə respublika Prezidentinin rəsmi saytında məlumat verilib.

Bəyanatda qeyd olunur ki, Duda bazar günü, mayın 22-də Ali Radada çıxış etmək üçün Kiyevə gəlib.

Polşa Prezidentinin mətbuat xidməti əlavə edib ki, Duda müharibə başlayandan bu günə kimi Ukrayna parlamentində çıxış edən ilk xarici ölkə başçısı olacaq.