Leqal.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK nəşrinə müsahibəsində deyib.
"Biz bütün ərazimizi qaytarmalıyıq, lakin bunun əvəzini ödəməliyik. Biz onu fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Sonra danışıqlar masasına oturacağıq", - Zelenski əlavə edib.
Zelenski Krımın və Donbasın Ukraynaya məxsus olduğunu qeyd edib, lakin o, indi əsas vəzifəni 3 ay ərzində ələ keçirilən rayonların azad edilməsində görür.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın tutduğu bütün torpaqları geri qaytarmağa qadirdir.