Böyük Britaniyanın baş naziri Boris Conson hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin hələ də Rusiyada hakimiyyətini itirməməsinin üsulu var. Bunun üçün o, Ukraynada istənilən bəhanə ilə hərbi əməliyyatları dayandırmalıdır.

Leqal.info xəbər verir ki, bu barədə o, Britaniyanın "İndependent" qəzetinə verdiyi müsahibəsində bəyan edib.

Consonun fikrinə görə, Rusiya liderinin qonşu ölkədən öz qoşunlarını çıxarmaq üçün öz evində kifayət qədər təsirə malikdir.

"Mən düşünürəm ki, onun manevr etmək üçün xeyli siyasi ehtiyatı var və o, deyə bilər: "Qulaq asın, bilirsinizmi, mən müəyyən şeylərə nail olmalıydım, lakin sülhün mənafeyi naminə texniki hərbi əməliyyata son qoymağın, kənara çəkilməyin və yeni razılaşmalar axtarmağın zamanı gəlib", - Britaniyanın baş naziri deyib.

Həm də, Consonun sözlərinə görə, Putin Ukraynanın zəbt etdiyi bütün torpaqlarını əlində saxlaya bilməyəcək, Rusiya prezidentinin Qara dənizdə İlan adasından qoşunlarını çıxarması buna parlaq misaldır.

"Söhbət müharibənin dinamikasının dəyişilməsindən gedir. Ukrayna prezidenti Vladimir Zelenskinin necə irəliyə getmək və ukraynalıların öz mövqelərini necə geriyə qaytarmaq haqqında bəzi ideyaları var", - o, qeyd edib.

Conson deyib ki, Kiyevə məhz Zelenskinin və Ukrayna hakimiyyətinin hərəkət planının olmasını anlamaq üçün ziyarət edib.

"Onlar bu ildə, yaxın aylarda müharibənin gedişini necə dəyişməyin həqiqətən yolunu bilir...Ona görə də hazırda biz Ukraynanın tab gətirməsi üçün imkanımız daxilində ona yardım göstərməyimiz çox vacibdir", - Britaniyanın baş naziri deyib.

Conson həmçinin hesab edir ki, Ukrayna Rusiyanı 24 fevral 2022-ci ildə olan mövqelərə sıxışdırmaq imkanındadır. "Bu isə Zelenskinin məhz nail olmağı planlaşdırdığı nəticədir", - baş nazir əlavə edib.

Zelenski G7 ölkə liderlərinin sammitində çıxışı zamanı bəyan edib ki, Rusiyanın törətdiyi müharibəni 2022-ci ilin sonunadək bitirmək istəyir.

Bundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ukraynada müharibə Kiyevin təslim olacağı təqdirdə bitəcək.