Türkiyənin Çanaqqala vilayətində meşə yanğını başlayıb.

“Leqal.info” “NTV”yə istinadən xəbər verir ki, yanğın vilayətin Ezine bölgəsində başlayıb.

Hazırda yanğınla 2 təyyarə və 2 helikopterlə havadan, bir neçə texnika ilə isə qurudan mübarizə aparılır.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.