“Leqal.info” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, terrorçuların 31-i Suriyanın, 9-u isə İraqın şimalında məhv edilib.
Qeyd edək ki, “Zeytun budağı” (“Zeytin dalı”) antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də başlayıb. Əməliyyat Suriyanın Hələb əyalətinə aid Afrin rayonunda Tel Rıfat şəhərinin Azez bölgəsində terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarına qarşı keçirilir. “Fərat qalxanı” (“Fırat kalkanı”) antiterror əməliyyatı isə 2016-cı il avqustun 26-da başlayıb. Bu əməliyyatı Türkiyə Silahlı Qüvvələri Suriya Azadlıq Ordusu ilə birgə terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmasına qarşı Türkiyə-Suriya sərhədində və Hələbin şimalında keçirir.