Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.

Leqal.info- nun xəbərinə görə, bu barədə BBC məlumat yayıb.

O, payızadək Baş nazirin səlahiyyətlərini icra edəcək.

Ölkədə növbədənkənar parlament seçkilərinin oktyabrda keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, son günlər Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı B.Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırırlar. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib.

Xatırladaq ki, B.Conson Baş nazir olmaqla yanaşı Mühafizəkarlar Partiyasının da sədridir.