Böyük Britaniyanın Moskvadakı səfiri Debora Ceyn Bronnertə Rusiya Federasiya Şurasının binasına daxil olmaq qadağan edilib.

“Leqal.info” xəbər verir ki, məlumatı iyulun 8-də TASS yayıb.

Bildirilib ki, bu, Rusiyanın krallıqdakı diplomatlarına Böyük Birtaniya parlamentinin Londondakı binasına girişə qoyulan qadağaya cavab addımıdır.

Qeyd edək ki, 55 yaşlı Ceyn Bronnert 2020-ci il yanvarın 31-dən Moskvada kralığın səfiri vəzifəsində işləyir. O, 2011-2014-cü illərdə Böyük Britaniyanın Zimbabvedə səfiri olub.