"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 200 hərbçisi məhv edilib”.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 638 tank, 3 815 zirehli maşın, 832 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 108 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 674 operativ-taktiki PUA, 155 qanadlı raket, 15 gəmi/qayıq, 2687 avtomobil və avtoçən, 66 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu daha çox Kramatorsk istiqamətində itkilər verib.