İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında görüş keçirilib.

“Leqal.info” xəbər verir ki, görüş barədə məlumat Paşinyanın rəsmi saytında yerləşdirilib.

Məlumata görə, tərəflər görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələlərini, eləcə də Cənubi Qafqazı müzakirə ediblər.

Bildirilir ki, Narışkinin Ermənistana səfəri iyulun 18-i baş tutub. Rusiya Xarici Kəşfiyyat Xidmətinin saytında isə Narışkinin Ermənistana səfəri barədə məlumat yer almayıb.

Xatırladaq ki, iyulun 15-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns də İrəvana səfər edib və Paşinyanla görüşüb. Ermənistan hökumətinin Mətbuat xidmətinin görüşdən sonra yaydığı məlumata görə, Paşinyan və Börns beynəlxalq və regional təhlükəsizlik məsələlərini, eləcə də terrorla mübarizə və Cənubi Qafqazı müzakirə edib.