“Ermənistan konkret addımlar ataraq regionda sülh istədiyini göstərməlidir”.

"Leqal.info" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalının efirində deyib.

“Danışmaq kifayət etmir. Ermənistan Zəngəzur layihəsi, hərtərəfli sülh sazişi məsələsi də daxil olmaqla konkret addımlar atmalıdır. Biz səmimiyik, Azərbaycan səmimidir, indi Ermənistanın nə qədər səmimi olduğunu görmək istəyirik”, - deyə Çavuşoğlu söyləyib.

Ermənistan-Türkiyə prosesinin Azərbaycanla əlaqələndirilməsindən danışan Türkiyənin XİN rəhbəri qeyd edib ki, “Ermənistan və digərləri” əslində bunun üçtərəfli xarakter daşıdığını unutmamalıdır.