Misir xalqı 1952-ci ildə baş vermiş və monarxiyanın süqutu ilə nəticələnmiş 23 İyul inqilabının 70-ci ildönümünü qeyd edir.


"Leqal.info" xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi milli bayram münasibətilə müraciətində bu əlamətdar tarixin Misir xalqının hüquqlarının qorunması və ərazi bütövlüyünün təmin edilməsində əvəzsiz rolunu qeyd edib. O əlavə edib ki, respublikanın elan edilməsi ölkənin və bütün regionun tarixində dönüş nöqtəsi olub. “23 İyul inqilabı ölkələrin müstəmləkə zülmündən qurtulması və xalqların öz müqəddəratını təyin etməsi istiqamətində ilhamverici amil olub. Məhz bundan sonra azadlıq və müstəqillik bayrağı bir çox ərəb və Afrika ölkələrində dalğalanıb”, -deyə Misir Prezidenti vurğulayıb.

Qeyd edək ki, 1952-ci il iyulun 23-də Məhəmməd Naqib və Camal Əbdül Nasirin rəhbərlik etdiyi bir qrup zabiti birləşdirən Azad Zabitlər Hərəkatı Kral Faruku taxtdan endirmiş, ölkədə ingilis əsarətinə son qoyulmuş və respublika qurulmuşdu.