Rusiya ordusu Odessa limanında Ukraynaya məxsus hərbi gəmini və ABŞ tərəfindən təchiz edilmiş “Harpun” gəmi əleyhinə raketləri məhv edib.

“Leqal.info” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmçinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmi strukturunun təmiri və modernləşdirilməsi üzrə müəssisəsinin istehsalat obyektləri də sıradan çıxarılıb.