"Leqal.info" xəbər verir ki, bu barədə “Polskie Radio 24” məlumat yayıb.
“Biz bu qərarı ona görə verdik ki, bu, Rusiya təcavüzü ilə bağlı siyasətimizin əsas elementidir. Hesab edirik ki, Rusiya fəaliyyət göstərə biləcəyi bütün beynəlxalq forumlardan və formatlardan maksimum dərəcədə təcrid olunmalıdır”, – Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.