Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir.

Leqal.info-nun yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə deyib.

O bildirib ki, dövlət başçısının səfəri M.Çavuşoğlu ilə görüşdə müzakirə etdiyi mövzulardan biri olub.