Çin Tayvan məsələsinə xarici müdaxiləyə kəskin etiraz edir: “Odla oynayan, şübhəsiz ki, özünü yandıracaq”.

"Leqal.info" xarici mediaya isitnadən xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib.

“Biz separatizmə və "Tayvanın müstəqilliyinə", eləcə də kənar qüvvələrin müdaxiləsinə qəti şəkildə qarşıyıq”, - deyə Si Cinpin qeyd edib.

Çin lideri vurğulayıb ki, əhalisinin sayı 1,4 milyard nəfərdən çox olan Çin xalqının iradəsi Çinin dövlət suverenliyi və ərazi bütövlüyünün qorunmasında “sarsılmazdır”.

"Xalqın iradəsinə qarşı gedə bilməzsən, odla oynayan, şübhəsiz ki, özünü yandıracaq. “Vahid Çin” prinsipi Çin-ABŞ münasibətlərinin siyasi əsasıdır”, - deyə Cinpin əlavə edib.