Bu barədə “Leqal.info” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.
Qeyd olunub ki, yaralananlar arasında 25 İraq əsgəri də var.
Təhlükəsizlik qüvvələri Bağdadda xarici diplomatik nümayəndəliklərin yerləşdiyi “yaşıl zona”nın ətrafına çəkilmiş beton hasara hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bundan əlavə, bir neçə etirazçı rezin güllələrdən yaralanıb.