Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə gəlib.

"Leqal.info" xəbər verir ki, dövlət başçısının təyyarəsi Soçi hava limanına enib.

Bildirilib ki, bu gün Bakı vaxtı ilə saat 16:00-da Türkiyə lideri ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.

Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd və meşə təsərrüfatı naziri Vahit Kırışçı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın, Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun, Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir müşayiət edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

“Leqal.info” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə təkbətək, daha sonra isə heyətlərarası görüş keçirəcək.