Rusiyanın Sevastopoldakı Qara Dəniz Donanmasının qərargahı PUA hücumuna məruz qalıb.

“Leqal.info” xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev teleqram kanalında bildirib.

O qeyd edib ki, hadisə nəticəsində ölən olmayıb.

Hazırda qərargaha giriş-çıxış polis tərəfindən bağlanıb.