“Rusiya və Ukrayna nümayəndələrinin İstanbuldakı görüşündən sonra sülhə ümid edirdik”.

“Leqal.info” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.

“Özləri də dedikləri kimi, mövqelər yaxınlaşırdı. Amma qəflətən hər şey dəyişdi. Tərəflər masadan uzaqlaşdılar. Ədalətli, Ukraynanın ərazi bütövlüyünü təmin edən atəşkəs əldə edilməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Hər iki tərəflə əlaqələrimiz yaxşıdır. Müharibənin davam etməsini istəyən NATO üzvləri var”, - nazir bildirib.

M.Çavuşoğlu ümidlərinin hələ də olduğunu vurğulayıb: "Səylərimizi davam etdiririk. Ərdoğan hər iki həmkarına atəşkəsin əhəmiyyətini xatırladır. Biz bildiririk ki, əgər dövlət başçıları da istəyərlərsə, onların görüşünə ev sahibliyi etməyə hazırıq".