Ermənistan Rusiyanın bu ölkədəki səfirliyinin notasına cavab verib.

“Leqal.info” xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan deyib.

“Biz müəyyən olunmuş qaydada Rusiya səfirliyinin notasına cavab verdik. Notanın məzmunu daxili diplomatik yazışmaların tərkib hissəsidir. Ona görə də XİN mətnin dərcini düzgün hesab etmir”, - Unanyan qeyd edib.

Xatırladaq ki, avqustun 14-ü İrəvanda “Surmalu” ticarət mərkəzində partlayış baş verib. Bundan sonra yerli KİV-də baş verən partlayışa görə Rusiya tərəfi ittiham olunub. Bu səbəbdən Rusiya səfirliyi İrəvana nota verib.