NATO-nun Hərbi Komitəsi ilk dəfə olaraq İsveç və Finlandiyanın iştirakı ilə iclas keçirəcək.

“Leqal.info” xəbər verir ki, bu barədə məlumatı NATO-nun Mətbuat xidməti yayıb.

Məlumata görə, sözügedən tədbir sentyabrın 16-sından 18-nə qədər Estoniyanın paytaxtı Tallində baş tutacaq.

Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı geniş hərbi əməliyyata başladıqdan sonra may ayında Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı alyansa ərizə təqdim ediblər.