Fransa Prezidenti Emmanuel Makron Əlcəzairin Oran şəhərində xalqla görüşərkən etirazlarla qarşılanıb.

“Leqal.info” xarici KİV-ə istinadən xəbər verir ki, Makron ətrafındakılarla salamlaşarkən bir qrupun əks reaksiyası ilə üzləşib.

Makrona etiraz edən qrup Fransa əleyhinə və “Yaşasın Əlcəzair” şüarlar səsləndirib.

Qeyd edək ki, Makron Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun dəvəti ilə bu ölkədə səfərdədir.