"Leqal.info" xəbər verir ki, bu qərar Minsk tərəfindən Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verməsi ilə bağlıdır.
Qeyd edildiyi kimi, Riqa iki dövlət arasında 1998-ci ildən qüvvədə olan sazişi pozmağa hazırlaşır, sənədin əsas məqsədi Latviya və Belarusun yerli hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlığı inkişaf etdirməkdir. Latviya rəhbərliyinin nöqteyi-nəzərindən bu sazişdən imtina “aqressiyanın qarşısını almaq üçün əks tədbirlər”in tərkib hissəsi olacaq.
Sənəd hazırda 9 iyul 2023-cü il tarixinədək qüvvədədir. Latviyanın Təbii Sərvətlər Nazirliyi birtərəfli qaydada müqavilələrin müvəqqəti dayandırılmasını təklif edir.