Litvada yerləşdirilməsi planlaşdırılan NATO briqadasının qərargahının nümayəndələri Baltikyanı ölkəyə səfər edəcəklər.

"Leqal.info" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Arvidas Anusauskas LRT milli radiosunun efirində bildirib.

"Alman hərbçiləri - lazımi avadanlıqla təchiz olunmuş təxminən 100 nəfər bu gün bərə ilə Kildən Klaypedaya gəlir. Sonra onlar Ruklaya gedəcək və orada briqadanın qərargah bölməsini formalaşdırmağa başlayacaqlar", - nazir deyib.

Qərargahın Litvada yerləşdirilməsi qərarı NATO-nun iyunda keçirilən sammitində qəbul edilib.