“Leqal.info” xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Teleqramda Putin III Çarlza uğurlar, cansağlığı və “hər şeyin ən yaxşısını” arzulayıb.
“Əlahəzrət, taxta çıxmağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Əlahəzrətə uğurlar, cansağlığı və hər şeyin ən yaxşısını arzulayıram. Hörmətlə, Vladimir Putin”, - teleqramda deyilir.
Xatırladaq ki, şahzadə Çarlz anası kraliça II Elizabetin ölümündən sonra III Çarlz adını alaraq Böyük Britaniyanın yeni Kralı olub.