“Leqal.info” xəbər verir ki, Rəisi belə bir görüşün keçirilmə ehtimalının az olduğunu bildirib.
“Hesab etmirəm ki, onunla görüş və ya söhbət məqsədəuyğun olacaq”, - deyə İran lideri qeyd edib.
O, vurğulayıb ki, Bayden ABŞ-ın sabiq lideri Donald Tramp kimi İrana qarşı eyni siyasəti yürüdür.
Qeyd edək ki, ABŞ sentyabrın 9-u İranın kəşfiyyat və milli təhlükəsizlik naziri İsmayıl Hatibəyə qarşı sanksiya tətbiq edib.